Repsol Smarter Sport 4T 15W-50
Məhsulun Təsviri
Repsol Smarter Sport 4T 15W-50 – 4-taktlı mühərriklər üçün ideal yarı sintetik (semi-sintetik) motosiklet yağıdır.
Yüksək termal sabitlik təmin edir və optimal viskozite səviyyəsi sayəsində müxtəlif temperatur şəraitində mühərrikin asan işə düşməsinə kömək edir.
Bu yağ xüsusilə açıq havada saxlanılan motosikletlər və ya dəyişkən iqlim şəraitində istifadə olunan nəqliyyat vasitələri üçün uyğundur. Eyni zamanda mühərrikin bütün hissələrinin düzgün yağlanmasını təmin edir və aşınmanı azaldır.
Keyfiyyət Səviyyəsi
- API: SP
- JASO: T 903:2023 MA2
Əsas Üstünlüklər
- Viskozite xüsusiyyətləri və aşağı buxarlanma sayəsində optimal yağ sərfi təmin edir
- Yüksək təmizləyici və dispersant xüsusiyyətlər – mühərrik hissələrini tam təmiz saxlayır
- Debriyaj disklərində düzgün sürtünmə yaradaraq sürüşmənin və erkən aşınmanın qarşısını alır (wet clutch sistemləri üçün ideal)
Tətbiq Sahəsi
- 4-taktlı motosiklet mühərrikləri
- Müxtəlif iqlim və temperatur şəraiti
- Yağ vannalı debriyaj sistemləri (wet clutch)
