Türkiyənin 1 nömrəli akkumulyator istehsalçısı MUTLU Akü 100 ilə yaxın istehsal təcrübəsi və müasir istehsal texnologiyalarına malikdir.
Mutlu SFB Seri 1 ağır xidmət (HD) akkumulyatorları ağır kommersiya nəqliyyat vasitələri, yük maşınları, mikroavtobuslar, kənd təsərrüfatı texnikası, tikinti maşınları və generatorlarda istifadə üçün uyğun olan, SLI texnologiyasına malik akkumulyatorlardır. Mühərrikin işə salınması üçün tələb olunan start gücünü təmin edən, mühərrik işləmədiyi zamanlarda da nəqliyyat vasitələrinin avadanlıq və qurğularının elektrik ehtiyaclarını qarşılayır. Patentləşdirilmiş kalsium (Ca) qurğuşun seperator texnologiyasına malik olan akkumulyatorlar bu xüsusiyyəti sayəsində qulluq tələb etməyən quruluşa malikdir. Xüsusi dizayn edilmiş seperatorları korroziyaya qarşı üstün qorumanı təmin edir. Xüsusi lövhə bərkitmə sistemi (Hotmelt) sayəsində yüksək vibrasiyaya dözümlülük göstərir, ağır nəqliyyat vasitələri və avadanlıqların fəaliyyət göstərdiyi çətin iş şəraitinə uyğunlaşır. Tam qapalı akkumulyator texnologiyası, mərkəzi qaz çıxışı sistemi və alov bloklayıcı filter ilə təhlükəsizliyi təmin edir. SFB Seri 1 HD Akkumulyatorları minimum boşalma və yüksək istifadə dövriyyəsi ilə nəqliyyat vasitələrinin fasiləsiz enerji təminatına töhfə verir.

Avtomobil istehsalçılarının yüksək texniki performans gözləntilərini qarşılayan Mutlu SFB Seri 1 HD Akkumulyatorları ağır xidmət qrupundaistifadə üşündür. Əsasən şəhərdaxili və xarici xidmət göstərən yük avtomobillərinin enerji tələbatının təmin edilməsi üçündür . Ağır yükdaşımalar həyata keçirilən uzun məsafəli səfərlərdə minimal boşalma xüsusiyyəti sayəsində yük maşını və TIR istifadəçiləri tərəfindən üstünlük verilir. Tikinti sahələri və mədən ocaqları kimi ərazilərdə fəaliyyət göstərən iş maşınları və avadanlıqlar üçün tələb olunan enerjini təmin edir. SFB Seri 1 HD Akkumulyatorları kənd təsərrüfatı sahələrində traktor və müxtəlif aqrar texnikalarda istifadə edilərək yüksək vibrasiyaya dözümlülüyü ilə üstünlük yaradır. Xüsusi quruluşu sayəsində elektrik kəsintiləri zamanı işə düşən generatorlarda da istifadə üçün uyğundur.



