Türkiyənin 1 nömrəli akkumulyator istehsalçısı MUTLU Akü 100 ilə yaxın istehsal təcrübəsi və müasir istehsal texnologiyalarına malikdir.
Mutlu SFB Yapon Tipli Akkumulyatorlar, ümumiyyətlə Asiya mənşəli nəqliyyat vasitələrində istifadə olunur və avtomobil mühərrikinin işə salınması üçün lazım olan gücü təmin edir. Mühərrik sönülü olduqda isə avtomobilin elektrik avadanlıqlarının enerji ehtiyacını qarşılayır. Minik avtomobillərindən, pikap, yüngül kommersiya tipli vasitlər və minikbuslara qədər geniş bir istifadə sahəsində üstünlük verilən SFB Yapon Tipli Akkumulyatorları, avtomobil istehsalçılarının yüksək texniki performans gözləntilərini qarşılayan xüsusiyyətləri ilə etibarlı enerji mənbəyidir. Mutlu SFB Yapon Tipli Akkumulyatorlar, tam bağlı qapaq sistemi və texniki qulluq tələb etməyən məhsul texnologiyaları ilə istifadə rahatlığı təmin edir. Çətin iqlim şəraitində standart akkumulyatorlardan daha yüksək performans göstərən SFB Yapon Tipli Akkumulyatorlar, həmçinin yüksək titrəyiş müqaviməti ilə müxtəlif yol şəraitində problemsiz şəkildə istifadəni təmin edir. Standart akkumulyatorlara nisbətən 25%-ə qədər daha yüksək performansa malik Mutlu SFB Yapon Tipli Akkumulyatorlarında xüsusi qapaq daxili strukturu, alov bloklayıcı filtr, xüsusi dizayna malik tutacaq və akkumulyatorun şarj səviyyəsini göstərən indikator mövcuddur.

Mutlu SFB Yapon Tipli Akkumulyatorlar, Start-Stop xüsusiyyəti olmayan standart sərnişin avtomobillərinin intensiv enerji ehtiyaclarını qarşılayır. Yüksək titrəyiş müqaviməti və mühərrik işə salma gücü ilə pikap avtomobillərində istifadə üçün uyğundur. Bir çox iş sahəsində istifadə olunan yüngül kommersiya tipli avtomobillərdə isə uzun dövr ömrü ilə avtomobilin dostudur. Mutlu SFB Yapon Tipli Akkumulyatorlar, yük maşınlarında da üstün performans təmin edir. Yüksək enerji tələbləri olan və intensiv iş saatlarına malik mikroavtobuslar üçün də uzun ömürlü Mutlu SFB Yapon Tipli Akkumulyatorlar seçilir. Mutlu SFB Yapon Tipli Akkumulyatorların digər bir istifadə sahəsi isə generatorlardır.


